Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Rusiya futbolunu tezliklə beynəlxalq arenalarda görməyi arzulayıram" - Elxan Məmmədov

28 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Rusiyaya işguzar səfər edib.

Press.az sports.ru-ya istinadən xəbər verir ki, o, yerli futbol federasiyasının konfransında olub. Məmmədov oradakı çıxışında bu sözləri deyib: 

“Sizə FİFA prezidenti Canni İnfantino və baş katib Fatma Samuradan ən xoş arzuları çatdırmaq istərdim. 2018-ci ildə Rusiyadakı dünya çempionatı hamımızın yadındadır. Bu, möhtəşəm tədbir, əla təşkilatçılıq idi. Bütün bunlar hamımızda xoş və isti təəssüratlar yaratdı.  Pandemiya zamanı sıx əməkdaşlığınıza görə FİFA adından sizə təşəkkür etmək istərdim. Artıq pandemiya haqqında keçmiş zamanda danışa bilərsiniz. Bu 24 ay asan olmadı, amma siz futbolu davam etdirə bildiniz. Mövcud vəziyyəti nəzərə alaraq, FİFA adından vəziyyətin tezliklə həllini arzulayıram ki, yaxın gələcəkdə beynəlxalq arenada Rusiya futbolunu yenidən görə bilək”.

Xatırladaq ki, Rusiya klubları, komandaları və idmançıları Ukrayna hadisələri ilə əlaqədar beynəlxalq yarışlardan kənarlaşdırılıb. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI