Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ançelottidən Beyllə bağlı açıqlama

19 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Real”ın baş məşqçisi Karlo Ançelotti Qaret Beylin klubdakı gələcəyi ilə bağlı danışıb.

Press.az “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 32 yaşlı hücumçunun komandada qalmayacağına işarə vurub:

“Beylin klubla müqaviləsi başa çatır. Onun sabah oynayıb-oynamayacağı o qədər də önəmli deyil. Beyl bu klubun tarixinin bir parçasıdır. O, həmişə Madridin yaddaşında qalacaq. Beyl Çempionlar Liqasında, La Liqa oyunlarında mühüm rol oynayıb. Bunu etiraf etmək lazımdır”.

Qeyd edək ki, Beyl 2013-cü ildən “Real”da çıxış edir. O, bu mövsüm Premyer Liqada 5 oyuna çıxıb və 1 qol vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI