Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Son oyunum idi" - Levandovski

15 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bayern Münhen"in hücumçusu Robert Levandovski Almaniya çempionatının final turunun "Volfsburq"la matçından (2:2) sonra klubdan ayrıla biləcəyi ilə bağlı danışıb.

O, Münhen təmsilçisində son oyununu keçirdiyini istisna etməyib:

“Bu, "Bayern" ilə son oyunum ola bilər. Yüz faiz əmin ola bilmərəm, amma mümkündür ki, belədir. Mən və klub üçün ən yaxşı həll yolu tapmaq istəyirik”.

Qeyd edək ki, polşalı forvard klubla müqaviləni uzatmaqdan imtina edib. Tərəflər arasında mövcud müqavilə 2023-cü il iyunun 30-na kimi hesablanıb. Levandovskinin "Barselona"ya keçəcəyi gözlənilir.//fanat.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI