Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rəşad Dağlı dindarlardan üzr istədi - VİDEO

15 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tanınmış meyxanaçı Rəşad Dağlı dindarlardan üzr istəyib.

R.Dağlı bildirib ki, meyxana bədahətən olduğu üçün yanlışlığa yol verib.

“Masallıda toyların birində meyxanaçı Rəhmanla deyişməmiz olub. Əvvəlki toyların birində Rəhman mənə bir bənd meyxana demişdi, bu toyda da onu xatırlatdı. Mən də ona cavab vermişəm. Sözün bədahətən olmasına görə fikrimi düzgün çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub. Məni tanıyanlar bilir, seyid nəslindənəm, bu yolun tərəfdarıyam, Məşhəd və Kərbəla ziyarətlərində olmuşam, həmişə çalışmışam, dini təbliğ edim. Qardaşlarım bilsinlər ki, heç də həmin tərbiyədə, əxlaqda deyiləm, üzrxahlığımı qəbul etsinlər” – meyxanaçı qeyd edib.//pravda.az

Oxşar xəbərlər
OTACI