Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünya Kubokunda savat döyüşçülərimizdən uğurlu çıxış

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bolqarıstanın Plovdiv şəhərində savat döyüş növü üzrə Dünya Kuboku və peşəkar savat döyüşləri keçirilib.

Yarışda ölkəmizi Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının altı idmançısı təmsil edib.

Mötəbər yarışa baş məşqçi Taleh Nağızadənin rəhbərliyi altında yollanan komandamız uğurlu nəticələrlə yadda qalıb. Böyüklər arasında yarışlarda 75 kq çəki dərəcəsində çıxış edən Ağadədə Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib. 80 kq çəkili Vüqar Abbasov isə bürünc medal qazanıb.

Gənclər arasında yarışlarda da idmançılarımız diqqət çəkməyi bacarıb. 70 kq çəki dərəcəsində Seymur Yusifov birinci, Riad Əliyev isə üçüncü olub. Qızların mübarizəsində isə 60 kq çəkili Aysu Devrişova bürünc medal qazanıb.

Tutu İsmayılova isə peşəkar savat üzrə döyüşün qalibi olub. 48 kq çəki dərəcəsində baş tutan qarşılaşmada rəqibinin Asiya Oyunlarının gümüş mükafatçısı, təcrübəli İran idmançısı Şima Afkar olmasına baxmayaraq, həmyerlimiz 3:0 hesablı tam üstünlüklə qalib gələrək yerli publikanın da alqışını qazanıb.

//Oxu.Az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI