Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xumar Qədimova BUNU DA ETDİ - Tərzini dəyişdi, ilk dəfə belə ... - VİDEO

14 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əməkdar artist Xumar Qədimova yeni proyekti ilə diqqət mərkəzinə düşüb.

Press.az milli.az-a istinadla xəbər verir ki, xanım sənətçi "Bu Xumar" adlı yeni duetini və ona çəkilən klipini təqdim edib.

Duet oxumaqla çox da arası olmayan Xumar ilk dəfə bir reperlə duet ortağı olub. Qədimovanın tərəf müqabili reper Aslixandır. Şou-biznesdə daim kübarlığı ilə seçilən xanım sənətçi fərqli tərzdə ifasıyla təəccübləndirib.

Qeyd edək ki, Aslixan indiyədək bir neçə çıxışında Xumar Qədimova sənətinə olan heyranlığını bildirib. Aslixan eyni zamanda məşhur replərindən hesab edilən "Onlar" adlı trekində "Heç kəs bizi Xumar kimi məst etmədi" ifadəsindən istifadə etməklə xanım sənətçiyə olan rəğbətini ifadə edib.

Bu da sözügedən duet:

Oxşar xəbərlər
OTACI