Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ançelotti: "Benzema Ronaldo gedəndən sonra..."

13 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Kərim Benzema haqqında danışıb.

Press.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, 34 yaşlı hücumçunu hazırkı dövr üçün dünyanın ən yaxşı oyunçusu adlandırıb.

“Benzemaya sadəcə mərkəz hücumçusu demək mənim üçün çətindir. Çünki o, fantastik hücumçudur. Benzema yalnız bombardir deyil, həm də liderdir və oyunun qurulmasında yaxından iştirak edir. O, mükəmməl oyunçudur və bizim üçün çox önəmlidir. Çünki Kərim çoxlu qol vurur. Benzema hazırda ən yaxşı oyunçudur. Hesab edirəm ki, Ronaldonun gedişindən sonra Kərim komandanın lideri olub. Çünki o vaxt Kriştianonun üzərinə daha çox məsuliyyət düşürdü. Ronaldo bir mövsümdə 50-yə yaxın qol vurdu və onun yoxluğunda "Real" üçün qol vurmaq daha çətin idi. Kərim bu məsuliyyəti öz üzərinə götürdü və komanda üçün daha vacib oldu". 

Qeyd edək ki, Benzema 2009-cu ildən "Real"da oynayır. Ronaldo isə 2009-2018-ci illərdə Madrid təmsilçisində çıxış edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI