Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fürsət: Mahir Emrelinin komandası "döyüşsüz" qalib gələ bilər

12 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin və "Dinamo Zaqreb"in hücumçusu Mahir Emreli bazar günü Xorvatiya çempionatında növbəti oyununa çıxacaq. Paytaxt təmsilçisi "Maksimir"də "Şibenik"i qonaq edəcək.

Press.az fanat.az-a istinadla xəbər verir ki, ötən gün "Dinamo"nun rəqibinin düşərgəsində maraqlı hadisə yaşanıb. 

"Dalmatian" portalında yer alan məlumata görə, bir qrup "Şibenik" azarkeşi axşam məşqindən əvvəl baş məşqçi Din Raçunitsaya yaxınlaşaraq ondan Zaqrebə yeniyetmələrlə yollanmağı xahiş ediblər. Başqa sözlə, tərəfdarlar "Dinamo"ya müqavimətsiz təslim olmağı istəyir. Buna səbəb "Şibenik" azarkeşlərinin "Hayduk"a nifrət etmələri və onun çempion olmasını istəməmələridir. 

Məsələ burasındadır ki, "Dinamo"dan 4 xal geri qalan "Hayduk" son turda Mahirin komandası ilə qarşılaşacaqlar. Split təmsilçisi bazar günü "mavilər"in uduzacağına və çempionluğun taleyini son turda özlərinin həll edəcəyinə inanır.  

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI