Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Almaniyada 12 dəqiqəlik "şou" - VİDEO

10 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Almaniyanın dördüncü liqasında nadir rast gəlinən hal yaşanıb. 

"FSV Frankfurt" və "SV Elversberq" arasında (1:1) baş tutan matçın son 12 dəqiqəsində tərəflərdən heç biri hücuma keçməyib.

Buna səbəb nəticənin hər ikisinə sərf etməsi olub. "Elversberq" 1 xal hesabına üçüncü liqaya yüksəlib, "Frankfurt" isə dördüncü liqada qalmaq üçün yerini təmin edib. Belədə, qonaq komandanın müdafiəçiləri son 12 dəqiqə ərzində topu özündə saxlayıb, rəqibləri isə onlara hücum etməyib. 

Hakimin fitindən dərhal sonra hər iki komandanın futbolçuları bərabərliyi bayram ediblər. 

"Frankfurt"un idman direktoru Tomas Brendel bu vəziyyətə belə haqq qazandırıb: "Onlar hücum etməyə can atmır və biz də onlardan topu almaq istəmirdik. Bu, mənim üçün başadüşüləndir. Digər rəqiblər də bizim yerimizdə olsa, eyni şeyi edərdilər".//fanat.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI