Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Braziliya - Argentina oyunu təkrar oynanılacaq - Rəsmi

09 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FİFA DÇ-2022-nin seçmə mərhələsinin Argentina və Braziliya arasındakı matçın təkrar oynanılacağını təsdiqləyib. 

Press.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Oyun 5 sentyabr 2021-ci ildə Sao Pauloda keçirilməli idi. Ancaq demək olar ki, start fitindən dərhal sonra matç dayandırılıb. Buna səbəb Argentina millisinin futbolçuları Covani Lo Selso, Kristian Romero və Emiliano Martinezin meydana daxil olması olub. Braziliyanın səhiyyə orqanlarının məlumatına görə, futbolçular son iki həftədə qaldıqları yerlər barədə yanlış məlumatlar təqdim etdikləri üçün koronvirusla bağlı ölkəyə giriş qaydalarını pozublar.

Qarşılaşmanın təkrar oynanılacağı tarix daha sonra açıqlanacaq.

Qeyd edək ki, Argentina və Braziliya yığmaları artıq Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI