Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ” - “Zirə” matçında heç-heçə, "Neftçi" gümüş medalları təmin etdi

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

Press.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. İlk olaraq “Səbail” “Sabah”ı qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Sabah" xallarını 39-a çatdırıb və "Qəbələ"ni arxada qoyaraq 4-cü pilləyə yüksəlib.

Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” isə doğma meydanda “Zirə” ilə üz-üzə gəlib.  "Zirə" qalib gəlsə, ən azı 4-cü pilləni təmin edərək Konfrans Liqasına vəsiqəni rəsmiləşdirə bilərdi. Ancaq oyunda qol vurulmayıb.

Bu nəticələrdən sonra "Neftçi"nin mövsümü 2-ci pillədə başa vuracağı dəqiqləşib. Çünki "ağ-qaralar" sona 2 tur qalmış ən yaxın izləyicisi olan "Zirə"ni 7 xal qabaqlayır.

8 may (bazar)

20:15. “Qarabağ” – “Zirə” - 0:0

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Kamran Bayramov, Tural Qurbanov

“Azersun Arena”

18:00. “Səbail” – “Sabah” - 0:2

Qollar: Boyan Letiç, 15, Lukas Rangel, 36

Reallaşdırılmayan penalti - Aleksey İsayev, 2 ("Sabah")

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

“ASCO Arena”

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI