Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Sabah" qələbə sayəsində 4-cü pilləyə yüksəlib

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.

Press.az xəbər verir ki, report-un məlumatına görə, açılış oyununda "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 15-ci dəqiqədə Boyan Letiç və 37-ci dəqiqədə Lukas Rangel vurublar. Bu, hər iki legionerin paytaxt klubunda ilk qolu olub. 2-ci dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Aleksey İsayev penaltidən yararlana bilməyib.

Bu qələbədən sonra xallarını 39-a çatdıran "Sabah" 4-cü pilləyə yüksəlib. 15 xalı olan "Səbail" isə "Sumqayıt"la birlikdə 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün digər oyununda "Qarabağ" "Zirə"ni qəbul edəcək. Tura mayın 9-da keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI