Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo klubunu dəyişməsə...

08 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo karyerasında ilk dəfə Çempionlar Liqasında oynamamaq riski ilə üzləşib.

Press.az xəbər verir ki, İngiltərə Premyer Liqasının  36-cı turunda "Brayton"a 0:4 hesablı məğlubiyyətdən sonra "Mançester Yunayted" növbəti mövsümdə ÇL-də oynamaq  iştirak şanslarını itirib.

Portuqaliyalı futbolçu "Sportinq"lə debüt etdiyi ÇL-də  2002/2003 mövsümündən başlayaraq hər mövsüm bu turnirdə oynayıb. 37 yaşlı oyunçu  yayda klubunu dəyişməsə, ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcək.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb. Kriştiano bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 oyunda 24 qol vurub və 3 qolun ötürməsini verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI