Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məmmədyarov turnirə məğlubiyyətlə başladı

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində mübarizəyə başlayıb.

Press.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə keçirilən yarışın ilk turunda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 52-ci gedişdə təslim olub.

Turnirdə həmçinin, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Levon Aronyan, Fabiano Karuana, Leyner Dominges (hamısı ABŞ), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan) və Boqdan Danyel-Dyak (Rumıniya) da qüvvəsini sınayır.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI