Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rekordçudan 200-cü oyun

05 May 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Urfan Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 200-cü oyununu keçirib.

Press.az xəbər verir ki, müdafiəçinin yubileyi 25-ci tura təsadüf edib. “Zirə” ilə səfər matçına qədər çempionatda 199 dəfə “qırmızı-qaralar”ın formasını geyinən vitse-kapitan yubiley görüşünə start heyətində çıxıb. Lakin zədələnən Abbasov 34-cü dəqiqədə əvəzlənib.

“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Urfan 2012-19-cu illərdə çıxış etdiyi komandaya bu mövsümün startı öncəsi qayıdıb. O, Premyer Liqadakı 200 matçda 4 qol vurub.

Qeyd edək ki, bu matçda “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI