Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bozbash Pictures" jurnalistə məhkəmədə uduzdu - 8 MİN MANAT TƏZMİNAT ÖDƏMƏLİDİR

21 Apr 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ülviyyə Alovlu "Bozbaş"-a məhkəmədə qalib gəlib.

Press.az-ın məlumatına görə şairə, jurnalist Ülviyyə Alovlunun əqli mülkiyyət haqları pozulduğu üçün "Bozbaş"ı məhkəməyə verib.

"Bozbaş Pikcers" kimi tanınan İlkmedianın istehsalı olan "Axırıncı yol" filmində xalq artisti Röyanın ifa etdiyi "Röyayam" mahnısı icazəsiz səslənib.

"Röyayam" mahnısının söz müəllifi Ülviyyə Alovlu kommersiya xarakterli filmdə mahnının icazəsiz səslənməsi, müəllifin adının qeyd olunmamasına görə məhkəməyə müraciət edib.

Proses şairənin xeyrinə başa çatıb və "İlkmedia" şirkətinə 8 min manat təzminat məbləği kəsilib.

Xəbəri şairə, jurnalist Ülviyyə Alovlu saytımıza təsdiq edib.

Onun dediyinə görə, hələ yanvar ayında ödənməli olan təzminatın yalnız bir hissəsi ödənmiş, digər hissəsi hələ də gecikir.

"Bununla bağlı artıq İcra şöbəsinə şikayət də daxil olub. Nəticəni gözləyirik".

Xatırladaq ki, Ülviyyə Alovlunun müəllifi olduğu mahnıları Brilliant Dadaşova, İlhamə Quliya, Faiq Ağayev, Röya, Zamiq, Ramal, Natəvan, Rəhim Rəhmli, Ədalət  Şükürov kimi bir çox sənətkarlar ifa edib.

Oxşar xəbərlər
OTACI