Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Marsel" - "Qarabağ" matçı ilə bağlı ŞOK XƏBƏR

28 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ" klubunun Fransada "Marsel"ə qarşı keçirməli olduğu UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk matçı neytral ölkədə baş tuta bilər.

Buna səbəb təmsilçimizin futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

Belə ki, UEFA  məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər razılaşa bilməsələr, Avropanın ali futbol qurumunun qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.

Xatırladaq ki, "Qarabağ" "Marsel"lə ilk matçını fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. /offsideplus/

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI