Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabah Afət Fərmanqızının toyudur

27 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabah müğənni Afət Fərmanqızının toyudur.

Tanınmış ifaçı Bakının populyar restoranlarının birində şad gününü qeyd edəcək. 

A.Fərmanqızı məlumatı OLAY-a təsdiq edib, lakin böyük toy yox, kiçik bir məclis keçirəcəyini vurğulayıb:

“Toy deyil, özüm üçün qonaqlıq edirəm. Yaxın ailə üzvlərimiz olacaq. Bir ay öncə ad günüm olmuşdu, burada olmamışdıq. Nikah üçün Rusiyaya getmişdik. Orada nikah bağladıq. Öz yaxın çevrəmiz üçün qonaqlıq edirik. Şou-biznesdən, həmkarlarımdan heç kim olmayacaq. Məclis ailə arasındadır. Mediaya açıq edərdim, lakin gördüm ki, camaat söyür, qarğış edir, ona görə istəmirəm. Bu məsələ ilə bağlı şəkil, video heç yerdə ola bilməz. Qonaqlarımın da əlindən telefon alınacaq, heç kim orada şəkil də çəkdirməyəcək. Həm ad günümdür, həm nikahımızı, həm də yeni klipimin təqdimatını qeyd edirik”. |Olay.az|

Oxşar xəbərlər
OTACI