Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Suares ardıcıl 8 oyundur qol vurmur

23 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Atletiko"nun futbolçusu Luis Suaresin uğursuz seriyası davam edir.

Press.az xəbər verir ki, uruqvaylı hücumçu artıq ardıcıl 8 oyundur ki, qol vura bilmir.

Ötən gecə La Liqanın 22-ci turunda "Valensiya"ya 3:2 hesabı ilə qalib gəldikləri görüşdə 90 dəqiqə meydanda olan 34 yaşlı forvard bu dəfə də meydanı qolsuz tərk edib. O, sonuncu dəfə ötən ilin noyabrında "Valensiya" ilə matçda (3:3) qol vurmuşdu. 

Suaresin 2014-cü ildən oynadığı La Liqada cəmi bir dəfə belə uğursuz mövsüm keçirib. Bu, "Liverpul"dan "Barselona"ya keçən vaxt - 2014-cü ildə olub.

Qeyd edək ki, Luis Suares bu mövsüm La Liqada 20 oyuna 7 qol vurub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI