Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Joze Alesiodan məğlubiyyət şərhi

22 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Birinci hissədə yaxşı oynadıq. Taktiki tapşırıqları müəyyən qədər yerinə yetirdik. Hadisələr biz istəyən kimi cərəyan etdi və ardıcıl 2 qol vurduq, hesabda üstünlük qazandıq. Passivimizdə cərimələrimiz çox idi. Buna görə oyunçulara tempi aşağı salmalarını tapşırdım".

Press.az xəbər verir ki, bu sözləri futzal yığmamızın baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsində bu gün Gürcüstana 2:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında söyləyib.

"Fasilədə oyunçularıma səliqəli oynayın, səhvə yol verməyin və hansı taktiki tapşırıqları yerinə yetirməli olduqlarını bildirdim. Düşünürəm ki, ikinci hissəyə çox sakit başladıq. Etdiyimiz səhvlər məğlubiyyətə səbəb oldu. Rəqibimiz də yaxşı oynadı" - deyə o bildirib.

Braziliyalı mütəxəssis şansların hələ bitmədiyini vurğulayıb: "Düzdür, vacib oyunda uduzduq, amma qarşıda daha iki oyunumuz var. Məşqlərdə səhvlərimiz üzərində işləyəcəyik. Psixoloji baxımdan da uşaqlarla söhbətlər aparmaq lazımdır. Sona qədər mübarizə aparacağıq. Əlbəttə, hər şey təkcə bizdən asılı deyil. Gürcüstanla Bosniya və Herseqovina arasında keçiriləcək oyunun nəticəsi də çox vacibdir. Əgər Gürcüstan millisi həmin oyunda qələbə qazansa, bizim üçün çətin olacaq”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI