Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan I liqasında II turun oyunları keçirildi

16 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün kişi voleybolçular arasında Azərbaycan I liqasında II turun görüşləri keçirilib.

Press.az xəbər verir ki, “Murov” voleybol klubunun idman zalında baş tutan turun ilk matçı “Taleh - A.T” və “Həvəskarlar” komandaları arasında keçirilib.

“Taleh – A.T” klubu 3:1 (15:25, 25:17, 25:16, 25:14) hesabı ilə qalib gələrək mövsümdə ilk qələbəsini qazanıb. Ardınca meydançaya “Təhsil” “Murov” klubuları çıxıblar. Bu qarşılaşmadan isə “Təhsil” komandası 3:0 (25:11, 25:20, 25:23) hesabı ilə qalib ayrılıb. II turun “Veteranlar” “Aura” görüşündə isə “Veteranlar” 3:0 (25:5, 25:8, 25:11) hesabı ilə qalib gəliblər. Günün son matçı “Ryuqa” ilə “Azərbaycan Ali Hərbi Məktəbi” komandaları arasında keçirilib. “Azərbaycan Ali Hərbi Məktəbi” klubu 3:1 (23-25, 25:23, 25:21, 25:22) hesabı ilə qalib gələrək mövsümün ikinci qələbəsini qazanıb.

Birincilikdə 10 klub - “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” komandaları çıxış edirlər. Reqlamentə əsasən komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar. Ardınca pley-off mərhələsi keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI