First slide

"Qarabağ"ın rəqibi CAS-a müraciət edib

16 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransa "Marsel"i İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Press.az xəbər verir ki, Liqa 1 təmsilçisi FIFA-nın kluba qoyduğu transfer qadağasının ləğvi üçün bu addımı atıb.

Xorxe Sampaolinin baş məşqçi olduğu komanda seneqallı yarımmüdafiəçi Pap Quyenin transferindəki qayda pozuntusuna görə bu cəzaya məruz qalıb. 23 yaşlı oyunçu 2020-ci ilin yayında İngiltərə "Uotford"undan "Marsel"ə keçib.

Fransa təmsilçisi ilə yanaşı, Premyer Liqa klubu da CAS-a üz tutub. "Uotford" sabiq futbolçusuna görə qarşı tərəfdən 10 milyon avro təzminat tələb edir. Məsələ qısa zamanda öz həllini tapmasa, "Marsel" qarşıdakı 2 transfer pəncərəsində heyətinə yeni futbolçular qata bilməyəcək. Həmçinin afrikalı yarımmüdafiəçi isə ən azı bu ilin yayınadək rəsmi matçlarda meydana çıxmayacaq.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu isə fevralın 24-də evdə keçirəcək.

Oxşar xəbərlər
Category news

tr_star

28 May 2022

OTACI