Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan birinciliyinin qalibləri məlumdur

15 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kişi boksçular arasında Azərbaycan birinciliyi sona çatıb.

Press.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 100 boksçusu qüvvəsini sınayıb. 5 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.

Boks Mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Həsən Məlikov, Məsud Yusifzadə, Ruslan Qədirov, Ümid Rüstəmov, Tayfur Əliyev, Malik Həsənov, Nəbi İsgəndərov, `Niyaməddin Allahverdiyev, Mirşərif Kazımzadə, Murad Allahverdiyev, Eldar Quliyev, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.

Turnirin komanda hesabında “Neftçi” İdman Klubu birinci yeri tutub. İkinci pilləyə BFL yiyələndiyi halda, “üçlüy”ü “Qızıl Əlcək” qapayıb.

Çempionatda ən yaxşı boksçu adına Niyaməddin Allahverdiyev layiq görülüb. Rəhim Əliyev ən əzmkar idmançı seçilib. Elxan Quliyevlə Etibar Alıyev ən yaxşı hakim, Albert Qəribov (Gəncə) və Rafiq İsmayılov (“Neftçi” İK) isə ən yaxşı məşqçi adına layiq görülüb.

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI