Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Legiya" Mahir Emreli ilə bağlı bəyanat yaydı

12 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Legiya" klubun futbolçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.

Press.az klubun saytına istinadən xəbər verir ki, bəyanatda millimizin üzvünün müqavilə ilə Varşava təmsilçisinə məxsus olduğu vurğulanıb: "Nəzərinizə çatdırırıq ki,Mahir Emrelinin  müqaviləsi var və o, klubun oyunçusudur. "Legiya" dəfələrlə futbolçunu kluba qayıtmağa və müqavilə üzrə öhdəliklərini yenidən yerinə yetirməyə çağırıb və ona lazım olan bütün dəstəyi təklif edib. 

Klub Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparır. Eyni zamanda, klub onların məxfiliyini və danışıqların yaxşı tərəflərini nəzərə alaraq, onların məzmununu və nəticələrini açıqlamayacaq".

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Onunla Xorvatiyanın "Dinamo" (Zaqreb), Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klublarının maraqlandığı bildirilir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI