Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Dinamo" Mahirin "Legiya"dan ayrılmasını gözləyir

09 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xorvatiya "Dinamo"su (Zaqreb) "Legiya"nın futbolçusu Mahir Emrelini transfer etmək üçün onun Varşava təmsilçisi ilə məsələsini həll etməsini gözləyir.

Press.az xəbər verir ki, bu barədı "24sata.hr" saytı məlumat yayıb. Bildirilib ki, millimizin üzvü Polşa klubu ilə müqavilənin ləğv edilməsini istəyib. Ancaq bu, FİFA-nın səlahiyyətində deyil. Çünki tərəflər arasında müqavilə yerli arbitarajın yurisdiksiyasına uyğun razılaşdırılıb. Bu isə Zaqreb təmsilçisinin işini çətinləşdirir.

Qeyd olunub ki, "Dinamo" Mahir üçün yüksək təzminat məbləği ödəmək istəmir. Buna görə klub rəhbərliyi 24 yaşlı oyunçu ilə "Legiya" arasında mübarizədə hüquqi vəziyyətin inkişafını gözləyirlər.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Onun adı Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klubu ilə də  hallanır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI