Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

36 cüdoçumuz Antalyaya yollanır

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandaları Türkiyənin Antalya şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılacaq.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Hazırlıq prosesi Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə 9 - 14 yanvarda gerçəkləşəcək.

Antalyaya 24 kişi və 12 qadın idmançı yollanacaq. Kişilərdən ibarət yığmaya baş məşqçi Mövlud Mirəliyev, qadın millisinə baş məşqçi Rəşad Məmmədov rəhbərlik edəcək.

Toplanışa Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələr də qatılacaq.

Xatirladaq ki, milli yanvarın 27-də Portuqaliyanın Odivelas şəhərindəki Qran-pridə və fevralın 3-də Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə çıxış edəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI