Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu oyunla bağlı suallarınız varmı?" - Murad Musayev

04 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rəqib bütün komponentlərdə güclü idi və layiqli qələbə qazandı. Belə demək olarsa, onlara çox hörmət etdik və uduzduq".

Bunu "Sabah"ın baş məşqçisi Murad Musayev səfərdə "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları Premyer Liqanın XIII tur matçından sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, Ağdam təmsilçisi yaxşı təşkil olunmuş, hücum futboluna üstünlük verən komandadır: "Mövqe dəyişikliklərindən yararlana, matçı kəskinləşdirə bilirlər. Fərdi keyfiyyətləri yüksək olan futbolçulara malikdirlər. Cinah oyunçuları xüsusən fəaldır".

38 yaşlı baş məşqçi komandanı gücləndirmək istədiklərini söyləyib: "Hər dəfə eyni sual verilir. Dünyada heç bir baş məşqçi indidən bunu deyə bilməz. Bir neçə oyunçu almaq istərdik. Amma indi bunu demək çətindir".

Musayev məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürüb: "Neftçi" və ya "Keşlə" ilə oyunlarda "Sabah"da hansı işləri gördüyümüz bilinmədi? Siz mətbuat nümayəndərlərisiniz, özünüz qiymət verə bilərsiniz. Bu oyunla bağlı suallarınız varmı? İndidən qiymət verirsiniz? Bu gün uduzmuşamsa, hər bir nəticəyə görə mən cavabdehəm".

O, müdafiədə Şpiro Periçiçə şans verməməsinin səbəbini də açıqlayıb: "Son 3 oyunda Bəxtiyar Həsənalızadə və Zurab Oçiqava oynadı, 3 qələbə qazandıq. Müdafiə kimi həssas mövqedə dəyişiklik etmək istəmədik. Ona görə də Periçiç çıxış etmədi"

Musayevin sözlərinə görə, "Qarabağ"la oyun "Sabah"a ilk növbədə psixoloji problem yaradırdı: "Bu komandaya qalib gəlmək çox çətindir. Nə qədər fərdi mübarizələri uduzduq. Psixoloji problemlərlə yanaşı, rəqibin də gücünü nəzərə almalıyıq".

(Report)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI