Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pley-off mərhələsinin püşkü atıldı - DÇ-2022

26 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Press.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil edilən püşkatma saat 20:00-da başlayıb. Tədbir İctimai Televiziya vasitəsilə canlı yayımlanıb.

Püşkə əsasən aşağıdakı komandalar üz-üzə gələcək:

A yolu

Yarımfinal

1. Şotlandiya - Ukrayna

2. Uels - Avstriya

Final

1 cütünün qalibi - 2 cütünün qalibi

B yolu

Yarımfinal

1. Rusiya - Polşa

2. İsveç - Çexiya

Final

1 cütünün qalibi - 2 cütünün qalibi

C yolu

Yarımfinal

1. İtaliya - Şimali Makedoniya

2. Portuqaliya - Türkiyə

Final

1 cütünün qalibi - 2 cütünün qalibi

 Hər qrupda 1 görüşdən ibarət yarımfinal və final oyunları keçiriləcək. Yarımfinal oyunları 24-25, final görüşləri isə 28-29 martda olacaq. Pley-off mərhələsində yarımfinal və final matçlarından sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. 

Mundialın final mərhələsinin püşkatma mərasimi isə apreldə gerçəkləşəcək.

Qeyd edək ki, bu dünya çempionatı futbolu tarixində ilk dəfə yay aylarında yox noyabr-dekabrda keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI