Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Napoli"nin bombardiri 3 ay oynamayacaq

23 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Napoli”nin hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, üz sümüklərində çoxsaylı sınıqları olan futbolçu hazırda özünü yaxşı hiss edir. Nigeriyalı hücumçu daha bir neçə gün həkim nəzarət altında qalacaq. Onun təxminən 3 ay meydana çıxa bilməyəcəyi bildirilib.

Qeyd edək ki, Osimhen A seriyasının 13-cü turunda “İnter”ə 2:3 hesabı ilə uduzduqları oyunda rəqib komandanın müdafiəçisi Milan Şkrinyarla toqquşaraq zədələnib. Bu mövsüm 14 matçda 9 qol vuran hücumçu “Napoli”nin ən sərrast futbolçusudur.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI