Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu" - Qurban Qurbanov

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Futbolçularımı təbrik edirəm. Bu gün qarşılaşmanın sonluğu aşağı səviyyədə oldu. Oyuna və topa nəzarət etdik. Hamının bir yerdə olmaması ritmdən uzaqlaşmağa səbəb olur. Bu gün ən çox qol epizodları yaratdığımız matçlardan biri idi. Rəqibin sürətli əks-hücumları var. Komandam diqqətli oynadı. Sənan Qurbanova növbəti görüşlərdə uğurlar arzulayıram".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis görüşün sonunda zədələnən Maksim Medvedin durumunun normal olduğunu bildirib.

Qurbanov minimal hesablı qələbə qazanmaları barədə danışıb: "Belə oyunlar çox olub. İstənilən halda qol dəqiqliyini yaxşılaşdırmaq olar. Bəzən minimal sayda imkanımız olsa da, 2-3 qol vurmuşuq. İnanıram ki, futbolçular daha diqqətli olacaqlar. Narahatlıq olduğunu deməzdim. Dinamikanı sona qədər qorumaq üçün daha bir neçə məşq edəcəyik" .

(Report)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI