Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu, heç kimə xoş deyil" - Sənan Qurbanov

19 Nov 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu komandaya qarşı səfərdə oynamaq çətindir. Rəqib topa daha çox sahib olurdu. Onların qol imkanları yetəri qədər çox idi. Futbolçular əllərindən gələni etdilər. Bu qarşılaşmanı unudub növbəti matçı düşünməliyik".

Bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qarabağ"a səfərdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 11-ci tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qol imkanları yarada bilmədikləri üçün məyus olduqlarını bildirib: "Komandamdan razı deyiləm. Oyun ərzində tamamilə müdafiə olunmaq fikrimiz yox idi. "Qarabağ" hər zonada pressinq edirdi".

Qurbanov komandanın gələcək planları barədə rəhbərliklə danışmadıqlarını sözlərinə əlavə edib: "Sadəcə, klub "Şamaxı" adlanacaq və bu şəhəri təmsil edəcəyik".

Baş məşqçi turnir cədvəlində sonuncu yeri tutmaq istəmədiklərini sözlərinə əlavə edib: "Heç kim uduzmaq istəmir. Bu gün məğlub olmuşuq və məyusam. Yarışı sonuncu bitirsən və 1-ci diviziona getməsən belə bu, heç kimə xoş deyil".

(Report)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI