Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Daha yaxşı səviyyəyə qalxacağımıza inanıram" - Elmar Baxşıyev

24 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. Çətinlik matçın süni örtükdə keçirilməsindən ibarət idi. Belə meydanda oynamağa öyrəşməmişik".

Press.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Keşlə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 3:2 hesablı qələbəni belə şərh edib: "Komanda məni razı saldı, meydanda istədiyimizi nümayiş etdirməyə çalışdı. Bu, bəzi epizodlarda alınır, bəzən alınmırdı. Komandanın göstərdiyi futboldan məmnunam. Əzmkarlıq göstərdilər. Düşünürəm ki, daha yaxşı ola bilərik. Futbolçularımızda bu keyfiyyətlər var. Daha yaxşı səviyyəyə qalxa biləcəyimizə inanıram. Futbolçunun effektliliyini bir oyunla götürmürük. Ülvi İsgəndərovun yanaşması bizi razı salır. O, bu gün meydanda ən yaxşısını etməyə çalışırdı”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI