Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı rejissor Rec Rəvanın "Aporia" adlı filmi artıq izləyicilərə təqdim edilib - FİLMİ İZLƏ - VİDEO

23 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanlı rejissor, ssenarist və operator Rec Rəvanın "Aporia: Kiyamet deneyi” adlı filmi "Youtube"-də yayımlanıb.

Press.az xəbər verir ki, qorxu və döyüş janrında çəkilən ekran işi Azərbaycan, Türkiyə və Amerikanın ortaq istehsalıdır. Ssenarisini yazdığı və rejissorluğunu Rec Rəvanın etdiyi filmdə baş rolları Aysel Yusubova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rahim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları bölüşüb.

Filmin treyləri "Youtube" kanalında təqdim olunan gündən bəri sosial şəbəkələrdə böyük diqqət çəkib. Ekran işi qəsəbə sakinlərinin kimliyi bəlli olmayan bir qrup silahlı tərəfindən əsir alınaraq dəhşətli inşəngəcələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Silahlı təşkilat insanlar üzərində müxtəlif sınaqlar keçirməyə başlayır, lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur. Odur ki, üzərində uğursuz təcrübələr aparılmış insanlar qəsəbədən uzaq bir dağın başına aparılıb güllələnir. Əsas hadisələr də bundan başlayır...

Bir sözlə, artıq filmi "Youtube" kanalından izləyə bilərsiniz. Xoş izləmələr.

Oxşar xəbərlər
OTACI