Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA "Qarabağ"la bağlı növbəti paylaşım edib

18 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı paylaşım edib.

Press.az xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının VII tur matçından fotolar yayımlanıb.

"Başqa bir həftəsonu, "Qarabağ"ın növbəti qələbəsi" başlıqlı paylaşımda "köhlən atlar"ın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 20:45-də başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI