Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Serbiya ilə oyunda əlimizdən gələni etdik" - De Byazi

13 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Serbiya ilə oyunda ikinci hissəyə yaxşı müdafiə olunmaqla başlamağı ümid edirdim, amma onlar daha güclü idilər. Ancaq dünən meydanda sona qədər mübarizə apardıq və əlimizdən gələni etdik".

Press.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiyaya 1:3 hesabı ilə uduzduqları oyun barədə "Radio Bruno"ya açıqlamasında deyib.

O, sözügedən matçda dubl edən Serbiya millisinin oyunçusu Duşan  Vlahoviç haqda müsbət fikirlər səsləndirib: "Vlahoviçi saxlamaq çətindir. O, yaxşı gücə və texnikaya malikdir. Duşan yaşından daha yetkin görünür. Məndə onun gözəl bir insan olduğu təəssüratı yaradır. Amma bugünkü futbolu şərh etmək çətindir. Artıq keçmişin romantikası yoxdur. Böyük klublara gedərsə, əminəm ki, yaxşı olardı. Hücumda böyük paya sahibdir və  hər top uğrunda mübarizə aparır. O, böyük bir karyerası ola biləcək boyunçudur ”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI