Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Avropa çempionunu məğlub etdik, indi isə dünya çempionu ilə oynayacağıq" - Luis Enrike

10 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniya millisinin baş məşqçisi Luis Enrike Millətlər Liqasının finalında Fransa yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Press.az "AS" nəşrinə istinadən xəbər verir ki, Enrike turnirin qalibi olmaq istədiklərini deyib:

“Millətlər Liqasını qazanmaq istəyirik. Avropa çempionunu məğlub etdik, indi isə dünya çempionu ilə oynayacağıq. Mənim üçün vacib olan komandanı oyuna yaxşı hazırlamaqdır. Oyunumuzu fransızlara göstərmək istəyirik. Öz silahımızla rəqibi vurmağa çalışacağıq”.

Qeyd edək ki, bu gün keçiriləcək İspaniya – Fransa matçına saat 22:45-də start veriləcək. İspaniya millisi yarımfinalda İtaliyaya 2:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI