Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacı Əliyev: "İlin sonunadək karyeramla bağlı yekun qərarımı verəcəyəm"

07 Oct 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Tokio olimpiadasında bir çox problemlər yaşadıq. Hər gün səhər koronavirus testi verirdik və düşünürdük ki, cavab pozitiv çıxa bilər. Amma şükürlər olsun ki, heç kim yoluxmadı".

Press.az-ın məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Tokio-2020 Yay Olimpiya Oyunları zamanı üzləşdiyi çətinliklər barədə Milli Antidopinq Agentliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda deyib.

Yarışın gümüş mükafatçısı bildirib ki, hansısa idmançı Olimpiya şəhərciyini icazəsiz tərk etsəydi, bütün komanda karantinə alınırdı: "Bu səbəbdən çölə çıxmamağa çalışırdıq. Səhv etmirəmsə, hansısa ölkənin yığması buna görə problemlə üzləşmişdi. Çox ehtiyatla hərəkət edirdik".

3 qat dünya və 3 qat Avropa çempionunun sözlərinə görə, problemlərə baxmayaraq, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni ediblər: "Düzdür, bu dəfə qızıl medal olmadı. Lakin olimpiadanın bütün medalları dəyərlidir. Yarışda ikinci yeri tutduğum üçün xoşbəxtəm. Çünki bu medalı qazanmaq üçün çox əziyyət çəkmişəm. Məşqçilərim, yaxınlarım bilirlər ki, çəkisalma müddətində bir neçə dəfə özümdən getmişəm. Ona görə də bu medal mənim üçün çox dəyərlidir".

Titullu idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Paris Yay Olimpiya Oyunlarında da iştirak etmək istədiyini söyləyib: "Özümdə bu gücü hiss edirəm. Amma ora iştirak xatirinə yox, medal üçün getmək lazımdır. Çox çalışmalıyam. Çünki səhhətimlə bağlı bir az problemlər var. Yəqin ki, bu ilin sonunadək karyeramla bağlı yekun qərarımı verəcəyəm".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI