First slide

Şahmat üzrə Avropa kuboku yarışlarında iştirak edəcək komandaların yekun siyahısı məlum olub

14 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sentyabrın 18-dən 24-dək Makedoniyanın Struqa şəhərində keçiriləcək klublar arasında Avropa kuboku yarışlarında iştirak edəcək komandaların yekun siyahısı məlum olub.

Press.az xəbər verir ki, kişilərin yarışında 38, qadınların turnirində isə 8 komandanın iştirak edəcəyi dəqiqləşib. Dünya çempionu Maqnus Karlsen başda olmaqla, bir çox şahmat ulduzunun iştirak edəcəyi qitə kubokunda Azərbaycanı “Vüqar Həşimov” klubu təmsil edəcək. Komandamızın heyətində Rauf Məmmədov, Kiril Şevçenko, Vüqar Əsədli, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Ülvi Sadıqov və Murad İbrahimli yer alıblar. Komandanın kapitanı isə Əməkdar məşqçi Anar Allahverdiyev olacaq.

Azərbaycanın ən güclü qrossmeysteri Şəhriyar Məmmədyarov yarışın reytinq favoriti olan Makedoniyanın "Alkaloid" komandasının heyətində çıxış edəcək. Yığmamızın başqa bir üzvü Nicat Abasov isə İspaniyanın "C.A Silla" komandasında yer alıb.

Oxşar xəbərlər
OTACI
OTACI