Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Futbol tarixinin yaddaşına qanla yazılmış faciələr - Video

13 Sep 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təyyarə qəzası, meydançanın uçması, silahlı atışmalar kimi bir sıra faciəvi qəzalar futbol tarixinə qanlı hərflərlə həkk olunub.

Press.az Fanat.az-a istinadən sözügedən hadisələrdən bəzilərini oxuculara təqdim edir:

Hillsboro faciəsi

"Notingem Forest" və "Liverpul" arasındakı keçirilən İngiltərə Kubokunun yarımfinal oyununda böyük insan izdihamı vardı. Oyunun startına bəzi ararkeşlər böyük çətinliklə çata bilmişdi. Təşkilatçılar meydana insan axınının çox olduğuna görə azarkeşləri biletsiz buraxmaq məcburiyyətində qalmışdı. Onları yoxlamaq qeyri mümkün idi. Bu səbəbdən də meydançaya tutumundan 2-3 dəfə artıq azarkeş daxil oldu.

Nəticədə tribunalarda sıxlıq yaranmışdı. Sıxlıqda hava çatışmazlığından əziyyət çəkən azarkeşlər də vardı. Vəziyyət tamailə nəzarətdən çıxmışdı.

Tribunadakı sıxlığa dözə bilməyən azarkeşlər çıxış yolunu meydançaya girməkdə görmüşdü. Məlum səbəblərə görə azarkeşlərin meydanda olması qadağan olduğuna görə yerli polislər azarkeşləri geriyə tribunaya qaytardı.

Artıq oyunun 6-cı dəqiqəsində polislərə insanların öldüyünü bildirdilər. Ancaq onlar buna məhəl qoymadılar. Nəhayət təşkilatçılar oyunu dayandırmalı olur. Lakin artıq gec idi. Yüksək sıxlıq səbəbindən müxtəlif tribunalarda artıq insanlar ölmüşdü.

600-dən çox azarkeş müxtəlif dərəcəli xəsarətlər almışdı. İnsan sıxlığının qurbanlarından biri də "Liverpul" klubunun əfsanəsi Stiven Cerrardın 10 yaşlı əmisioğlu olub.

Bredford yanğını

Daha bir faciə "Bradford" və "Linkoln" matçı zamanı baş verib. 1985-ci ilin may ayında keçirilən görüş "Koral Vindouz" stadionunda baş tutub. Oyun zamanı taxta tribunaların altına bir neçə söndürülməmiş siqaret qalığı atılması nəticəsində yanğın baş vermir. Yanğının şiddətli olmasına səbəb tribunanın altında olan kağız və plastik zibil tullantıları olub. Havanın nisbətən küləkli olması isə alovu daha da şiddətləndirir.

Cəmi 5-6 dəqiqəyə yanğın bütün tribunanı və onun damını bürüyür. Faciə nəticəsində 56 nəfər həyatını itirimiş, 200 nəfərə yaxın insan isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

"Şapekoense" klubunun təyyarə qəzası

2016-cı ildə Braziliyanın "Şapekoense" klubu Cənubi Amerika Kuboku çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" kollektivi ilə final oyununa uçur. Təyyarənin mühərrik sistemində olan problemə və pilot heyətinin səhvinə görə bədbəxt hadisə baş verir və hava limanından 20 kilometr ayrılan təyyarə yerə çırpılaraq partlayır.

Göyərtədə olan 77 nəfərdən yalnız 7-si sağ qala bilir. Dünyasını dəyişənlərin arasında klubun prezidenti və məşqçilər heyəti də olub.

Turnir təşkilatçıları "Şapekoense" klubunu həmin çempionatın qalibi elan edib.

Buenos-Ayresdə silahlı atışma

"River Pleyt" və "Boka Xuniors" klublarının görüşü dünya futbolunda ən prinsipial oyunlardan biridir. Bu oyunun gərginliyi həm futbolçular, həm də azarkeşlər arasında müşahidə olunur.

1968-ci ildə baş tutan görüş zamanı polis və azarkeşlər arasındakı gərginlik silahlı atışmaya qədər gəlib çıxır. Bu səbəbdən stadionun tribunalarında böyük panika və qarışıqlıq yaranır. İnsanlar atışmadan sağ çıxmaq üçün bir-birilərini əzib keçməli olub. Sıxlıq nəticəsində tribunalarda ölənlərin sayı 60-a çatmışdır. Bundan əlavə 113 nəfər güllə yarası və müxtəlif dərəcəli xəsarətlər alıb.

2001-ci ildə Yohannesburqda insan tıxacı

"Orlando Pirats" və "Kayzer Şefs" arasında ölkə çempionatının oyunu keçirilirdi. Görüş başlamazdan əvvəl matçın oynanılacağı 70 min nəfərlik "Ellis Park" stadionunun ətrafında böyük bir izdiham vardı. Polis və azarkeşlər arasında qarşıdurma baş verir və qanun keşikçiləri gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalır. Panikaya düşən azarkeşlər stadionun mərkəzi qapısı önündə tıxac yaradır. Hadisə zamanı yaranan sıxlığa dözməyən 43 nəfər azarkeş həyatını itirir, yüzlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI