Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yevlaxda yol qəzasında iki qardaş yaralanıb

31 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı-Qazax avtomobil yolunda iki yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

Press.az xəbər verir ki, hadisə magistral yolun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı kiçik tutumlu yük maşını uzun qoşqulu digər yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Ford”un sürücüsü, Qəbələ rayon sakini 1994-cü il təvəllüdlü Vüsal Əlilli ağır, onun qardaşı isə yüngül xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya aparılıb.

//Report.az

Oxşar xəbərlər
OTACI