Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağdamda yol qəzası - xəsarət alan var

04 Jun 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağdam rayonunda 46 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Press.az xəbər verir ki, 1977-ci il təvəllüdlü İslamov Əlikram Nizami oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırpıb və nəqliyyat vasitəsi aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI