Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Naftalan sakinləri “patı” ilə tutulub

30 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Naftalan sakinlərindən “patı” götürülüb.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Naftalan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Azər Həsənov, əvvəllər məhkum olunmuş Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılaraq, ŞPŞ-yə gətirilib.

Oların üzərində şəxsi axtarış keçirilən narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdilir.

Oxşar xəbərlər
OTACI