Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gədəbəydə kütləvi dava: Ölən və yaralananlar var

28 May 2023 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

"Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirmiş nəticədə Teymur Tapdıqov ölmüş, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə o bildirib.

Oxşar xəbərlər
OTACI