logo
First slide

Bakıda beşmərtəbəli binada yanğın: Sakinlər təxliyə edilib - YENİLƏNİB + VİDEO

22 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən beşmərtəbəli yataqxana binasının ümumi sahəsi 22 kvadratmetr olan birotaqlı mənzilin yanar konstruksiyaları və digər ümumi sahəsi 22 kvadratmetr olan birotaqlı mənzilin eyvanının taxta konstruksiyaları 1 kvadratmetr sahədə yanıb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Xəsarət alan olmayıb.

11:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub. 

Bununla bağlı FHN məlumat yayıb. 

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

10:51

Bakıda yaşayış binasında yanğın başlayıb.

Press.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində başlayan yanğın davam edir.

Oxşar xəbərlər
OTACI
OTACI