logo
First slide

"Patı" qəbul edən gənc küçədə komaya düşdü - FOTO - YENİLƏNİB

16 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə bir gəncin narkotik istifadəçisi olması barədə valideynləri tərəfindən müraciət edilib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat edib.

Onun sözlərinə görə, verilən məlumat əsasında polis əməkdaşları tərəfindən həmin gəncin narkotik istifadəçisi olub-olmamasını müəyyənləşdirmək üçün onun Narkoloji Mərkəzdə müayinədən keçməsi təmin edilib və laborator analizlərin nəticəsindən sonra həmin gəncin narkotik istifadəçisi olduğu məlum olub.

İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

12.06

Bakıda, 9-cu mikrorayon ərazisində narkotik vasitənin aludəçisi olan gənc komaya düşüb.

Bu barədə Report-a ərazidə işləyən sakinlər məlumat verib.

Məlumata görə, yeniyetmə “patı” adlandırılan metomfetamin istifadə edib. Daha sonra huşu gedib və ərazidə yaşayan sakinlər tərəfindən küçədə halsız vəziyyətdə tapılıb.

“Əvvəlcə elə bildik qıcolma tutub, amma yaxınlaşanda gördük ki, bədənində yara izləri var. Ara-sıra çabalayırdı. Ayıltmağa çalışsaq da, bacarmadıq. Sonra polisə zəng etdik. Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşları dərhal gəldilər. Gənci ayıldıb xəstəxanaya apardılar və dedilər ki, “patı”nın təsirindən komaya düşüb” - deyə, sakinlər bildirib.

Oxşar xəbərlər
OTACI
OTACI