Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lerikdə 15 mindən artıq narkotik tərkibli bitki aşkarlandı

23 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində xidməti ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Lerik rayonun Orand kəndi ərazisində 7 hektar sahədə yabanı halda bitmiş ümumi yaşıl kütləsi 5672 kiloqram olan 15321 ədəd xaş-xaş kolları aşkar edilib və yandırılmaqla məhv edilib.

Oxşar xəbərlər
OTACI