Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Maşın motosikletlə toqquşdu, YENİYETMƏ AĞIR XƏSARƏT ALDI

21 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakəndə minik avtomobili motosikletlə toqquşub, 16 yaşlı yeniyetmə ağır xəsarət alıb.

Press.az xəbər verir, hadisə rayonu Qabaqçöl qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Talalar kənd sakini, Zəfər Məmmədovun idarə etdiyi "Qaz 3110" markalı minik avtomobili ilə rayonun Qaysa kənd sakini, 16 yaşlı Yaşar Adil oğlu Çerçiyevin idarə etdiyi qoşqulu motosklet toqquşub. 

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Y.Çerçiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo.az

Oxşar xəbərlər
OTACI