Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda qırmızı işıqda yolu keçən avtomobil qəza törədib, xəsarət alan var

15 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.

Press.az APA-ya istinadən xəbər verir ki, yol qəzası Səməd Vurğun küçəsində baş verib.

“VAZ 2114” markalı nəqliyyat vasitəsi S.Vurğun küçəsi ilə hərəkətdə olan zaman R.Behbudov küçəsində olan “BMW” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində “VAZ”-da olan sərnişin xəsarət alıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının verdiyi məlumata görə, “BMW” işıqforun qırmızı işığından keçib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Oxşar xəbərlər
OTACI