logo
First slide

Bakıda yaşayış binasına atəş açan şəxs saxlanılıb

12 Jun 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda binaya atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Press.az-a verilən məlumatda bildirilir ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən iyunun 6-da Ə.Əhmədov küçəsindəki yaşayış binasının qarşısında tapança patronuna aid 1 ədəd giliz və 2 ədəd güllə başlığı aşkar edilərək götürülüb.

Araşdırmalarla iyunun 6-na keçən gecə naməlum şəxsin tapançadan açdığı atəşdən evin birinci mərtəbəsində yerləşən təkər təmiri sexinə və 2-ci mərtəbədə yerləşən 2 mənzilin eyvanlarının pəncərə şüşələrinə ziyan dəyməsi, xəsarət alanın olmadığı müəyyən edilib.

Oxşar xəbərlər
OTACI
OTACI