logo
First slide

Şəmkirdə qohumlarını güllələyən şəxs SAXLANILIB

10 May 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Press.az Report-a istinadən xəbər verir ki, M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər
OTACI
OTACI